CƏMİYYƏT


Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz saatlarında hərəkətinə məhdudiyyət qoyulub

Bakı, 4 oktyabr, AZƏRTAC 

Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev AZƏRTAC-a bildirib ki, bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakıda nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə 2015-ci il 30 iyun tarixli qərarından sonra edilib. Qərarda deyilir ki, paytaxtda sıxlığın azaldılması məqsədilə xüsusi təyinatlı, qəza-bərpa, xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı Bakıda hərəkəti məhdudlaşdırılıb. Oktyabrın 1-dən mayın 1-dək yük avtomobillərinin sürücüləri səhər saat 7:30-dan axşam saat 20:00-dək Bakıya daxil ola bilməyəcəklər.

Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmək üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.