İDMAN


Bakıda çimərlik futbolu üzrə Avropa Liqasının üçüncü turunun oyunları keçiriləcək

Bakı, 24 iyun, AZƏRTAC

Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinin ikinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında təşkil edilən turnirin üçüncü turunda ilk olaraq Ukrayna və Albaniya milliləri qarşılaşacaqlar.

Sonra Belarus–Fransa, İtaliya-İsveçrə görüşləri keçiriləcək. Üçüncü tura Azərbaycan-Portuqaliya oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, millimiz ilk turda Fransa yığmasına 4:1 hesabı ilə qalib gəlib. İkinci turda isə Belarus millisinə 4:1 hesabı ilə məğlub olub.

Oyundan sonra mükafatlandırma mərasimi keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.