İDMAN


Bakıda çimərlik güləşi üzrə məşqlər davam edir

Bakı, 8 sentyabr, AZƏRTAC

Bakıda çimərlik güləşi üzrə məşqlər davam edir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, hava şəraitinin münasib olması intensiv hazırlıq prosesi keçməyə imkan verir. Plana uyğun olaraq, çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani, gənclərdən ibarət yığmanın məşqçisi Nazim Əlicanov və digər məşqçilərin nəzarəti altında həftədə 3 dəfə, əsasən 2005-2007-ci il təvəllüdlü idmançılar üçün dəniz kənarında məşqlər təşkil olunur. Hazırlıq prosesində həm sərbəst, həm də yunan-Roma güləşçiləri iştirak edirlər. Bu məşqlər sayəsində yeniyetmələr çimərlik güləşinin qaydaları ilə tanış olur və bu istiqamətdə təcrübələrini artırırlar.

Xatırladaq ki, çimərlik güləşi 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında yer alacaq. Güləşin bu növünün yaxın gələcəkdə böyüklərin Olimpiadasının proqramına salınacağı da gözlənilir. Onu da qeyd edək ki, tezliklə Olimpiya Güləş Mərkəzinin ərazisində istifadəyə veriləcək çimərlik güləşi üzrə qapalı məkan soyuq hava şəraitində burada çimərlik güləşi üzrə məşqlər keçməyə imkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.