İDMAN


Bakıda dağ mədəniyyətlərinin qorunması mövzusunda müzakirələr aparılıb

Bakı, 20 may, AZƏRTAC 

Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin qurumun dağ mədəniyyətlərinin qorunması və dağların ekoloji mühafizəsi komissiyalarının Bakıda keçirilən illik toplantıları işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, toplantılarda UİAA-nın prezidenti Frits Vrijlandt, qurumun dağların mühafizəsi komissiyasının prezidenti Linda Mak Millan, icraçı katib Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi iştirak edib.

Tədbirdə dağların mühafizəsinə diqqətin daha da artırılması, dağ mədəniyyətlərinin qorunmasında ölkələrə tövsiyələrin təqdim edilməsi, itmə təhlükəsi ilə üzləşən dağ mədəniyyətlərinin qorunma statusu altına alınması mövzularında müzakirələr aparılıb.

Qonaqlar tədbirdə Azərbaycanın görməli yerləri, dağ mədəniyyəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Toplantıda UİAA ilə Qərb Universiteti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, UİAA-nın himayəsi altında Qərb Universitetinin nəzdində “Dağ mədəniyyətləri və dağ landşaftı ekosistemlərinin tədqiqatı” İnstitutu təsis edilib. İnstitut Qərb Universiteti tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, federasiyanın təşəbbüsü ilə həyata keçirilən tədqiqatların dəstəklənməsi üçün digər, o cümlədən beynəlxalq donor təşkilatların, BMT-nin proqramlarının müxtəlif fondlarının da iştirakı, tədqiqatlara dünyanın bir sıra ölkələrindən mütəxəssislərin cəlb olunması, ayrı-ayrı regionların dağlıq ərazilərinin əhatə edilməsi nəzərdə tutulur. Həmçinin bu mövzu ilə mütəmadi məşğul olan alim-tədqiqatçıların toplantıları keçiriləcək və materiallar çap olunacaq.

Qeyd edək ki, Bakı 2014-cu ildə UİAA-nın dağların mühafizəsi komissiyasının görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda, “Beynəlxalq gənclər düşərgəsi” kimi tədbirə ev sahibliyi edib. Ölkəmizin paytaxtında təşkil olunmuş toplantılar UİAA-nın təşəbbüsü, Qərb Universitetinin, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasınının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.