İQTİSADİYYAT
Bakıda daha bir kəsişmədə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi artırılıb VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi tərəfindən daha bir kəsişmədə təhlil işləri aparılaraq yol hərəkəti təhlükəsizliyinin səviyyəsi artırılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən dəyişikliklər nəticəsində C.Hacıbəyli – Ə.Qasımzadə küçələrinin kəsişməsində işıqfor obyektləri quraşdırılıb, eyni zamanda, kəsişmədə üfüqi nişanlanma xətti ilə sarı tor çəkilib.
Bunun nəticəsində C.Hacıbəyli – Ə.Qasımzadə küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilib və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb. Bundan əlavə tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb, marşrut avtobuslarının qrafikində yaranan gecikmələr aradan qaldırılaraq sərnişindaşıma xidmətinin keyfiyyəti artırılıb. Həmçinin təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.