İQTİSADİYYAT


Bakıda daha bir tunel istifadəyə veriləcəkdir

Bakı, 9 dekabr (AZƏRTAC). Paytaxtın “Qələbə” meydanında tikintisi davam etdirilən yol qovşağı kompleksinə daxil olan Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tunel dekabrın sonunda istismara veriləcəkdir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tuneldə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Hazırda burada üzlənmə işləri görülür, yan yollarda drenaj xətləri çəkilir və asfalt-beton örtüyü vurulur.

İnşası davam etdirilən yol qovşağına 6 tunel, 2 piyada keçidi və “Gənclik” metrosunun əlavə iki çıxışı daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.