İQTİSADİYYAT


Bakıda daha bir ünvanda yol təhlükəsizliyi səviyyəsi artırılıb

Bakıda daha bir ünvanda yol təhlükəsizliyi səviyyəsi artırılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi tərəfindən Mikayıl Əliyev küçəsinin Azərbaycan Britaniya Kollecinin qarşısından keçən hissəsində təhlillər aparılıb, aşkarlanan problemlərin aradan qaldırılması məqsədilə təklif layihəsi hazırlanaraq icra edilib.

BNA-dan AZƏRTAC-a verilən məlumata görə, layihənin icrasından əvvəl yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilməməsi, nişan və nişanlanma xətlərinin çatışmazlığı, mübahisəli nöqtələrin mövcudluğu, piyada infrastrukturunun qənaətbəxş olmaması kimi problemlər mövcud olub. Layihənin icrasından sonra isə yol kəsişməsində işıqfor obyekti quraşdırılıb, müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib, infrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.

Görülən işlərdən sonra nəticə olaraq kəsişmənin buraxıcılıq qabiliyyəti artırılıb, hərəkət növbəliliyi təmin edilib, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb, piyada əlçatanlığı təmin olunub.

Həmçinin nəqliyyat könüllüləri tərəfindən işıqforun iş rejimi barədə piyadalarla maarifləndirici söhbət aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.