İQTİSADİYYAT
Bakıda dizel yanacağının istehsalı artıb
Bakı, 14 fevral, AZƏRTAC
Keçən il paytaxtda dizel yanacağının istehsalı çoxalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, 2018-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 99,5 milyon manat olmaqla əvvəlki illə müqayisədə sabit qiymətlərlə 3 faiz artıb.
Neft məhsullarından yanacaq mazutunun istehsalı 60 faiz, avtomobil benzininin istehsalı 2,4 faiz azalıb.
Ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,7 faiz, dizel yanacağı istehsalı 3,2 faiz, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22 faiz, neft koksunun istehsalı isə 7,6 faiz çoxalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]