CƏMİYYƏT


Bakıda doqquz ayda 25 min 957 nəfərə şəxsiyyət vəsiqəsi verilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində paytaxtda qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 25 min 957 nəfərə şəxsiyyət vəsiqəsi verilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində səsləndirilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə 13 min 926 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 5567 şəxs qeydiyyata alınıb.

Bildirilib ki, qarşıda duran mühüm vəzifələrdən olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 52 min 797 ərizə və müraciət daxil olub, 1447 vətəndaş qəbul edilib. Müraciətlərin 3971-i nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.