CƏMİYYƏT


Bakıda doqquzmərtəbəli yataqxana binasında yanğın olub

Bakı, 1 may, AZƏRTAC

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 10 ədəd elektrik sayğacı, kabel 2 p.m və dolab 1 m² sahədə qismən yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.