İQTİSADİYYAT


Bakıda dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

“Böyük-Şor" QPS-dən “30-cu sahə” QPS istiqamətinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin “Böyük-Şor QPS - Böyükşor yol qovşağı” Magistral Qaz Kəməri üzərində 2 ədəd siyirtmənin quraşdırılması məqsədilə 10.09.2021-ci il tarixində saat 09:00-dan paytaxtın 4 rayonu üzrə qaz təchizatı məhdudlaşdırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, təmir zamanı Nizami rayonunun (tam olaraq), Xətai və Nərimanov rayonlarının bir hissəsinin, həmçinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin həm əhali, həm də sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.