İQTİSADİYYAT
Bakıda dördüncü CEO Lunch təşkil olunub
Bakı, 18 may, AZƏRTAC
“Caspian European Club” və “Caspian American Club” Bakıda dördüncü CEO Lunch keçirib
““Networking”in aparıcı vasitəsi olan CEO Lunch şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. “Caspian European Club” və “Caspian American Club” CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda CEO Lunch keçirir”, - deyə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirilib.
Tədbirdə çıxış edən Telman Əliyev Gürcüstanda sentyabr ayından Tbilisi və Batumidə biznes-forumlar, CEO Lunch, treninqlər, seminarlar, dəyirmi masalar, illik “Caspian Energy Forum”, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq “Caspian Energy Georgia” şirkətinin fəaliyyətə başlayacağını qeyd edib.
Telman Əliyev “Caspian Energy”nin fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdə pay iştirakını satışa çıxardığını da qeyd edib.
CEO Lunch çərçivəsində “Caspian European Club” və “Caspian American Club”un İdarə heyətinin hər bir üzvü klubun planları və onun gələcək inkişafı üzrə təklifləri haqda danışıb. Həmçinin şirkət rəhbərləri öz fəaliyyətləri barədə qısa məlumat veriblər.
“Caspian European Club” və “Caspian American Club”da təmsil olunan və öz iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.
“Caspian Energy”, “Caspian Energy Forum”, “Caspian Energy Award”, “Caspian Energy Club”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club”, “Caspian American Forum”, “CEO”, “CEO Lunch”, “Brand Award” və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və “Caspian Energy International Media Group” məxsusdurlar.