MƏDƏNİYYƏT
Bakıda dünya şöhrətli rəssam Frida Kaloya həsr olunan tədbir keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
Məşhur meksikalı aktrisa və müğənni Ana Alisia Salasın Bakıda dünya şöhrətli meksikalı rəssam Frida Kalonun həyatı haqqında “Frida. Sevgi, ağrı və nəğmə” adlı monoloqu təqdim edilib. Tədbir Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Landmark”da keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tamaşaçılar Meksika incəsənətinin ikonası, XX əsr dünya rəssamlığının tanınmış simalarından biri olan Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış olublar. Həmçinin qonaqlar Ana Alisia Salasın ifasında ənənəvi Meksika musiqisini dinləmək imkanı əldə ediblər.
Qeyd edək ki, çoxsaylı teatr və telekanallarda çıxış edən aktrisa A.A.Salas 1980-ci ildə Meksikanın “Milli Kinonun Orxideyası” fəxri adına layiq görülüb. Aktrisa xalqını təmsil etmək məqsədilə tez-tez xaricə ölkələrə səfər edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]