CƏMİYYƏT


Bakıda əcnəbi vətəndaşın pulu və bank kartları oğurlanıb

Bakıda əcnəbi vətəndaşın pulu və bank kartları oğurlanıb

Bakı, 30 yanvar, AZƏRTAC

Bakının Nərimanov rayonu ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşın içərisində 160 manat, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Saatlı rayon sakini Elbrus Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.