MƏDƏNİYYƏT


Bakıda ekskursiya turları və açıq qapı günləri keçirilib

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 4-5-də Bakıda Avropa İttifaqının təşəbbüsü ilə başlanmış “Fantaziya” mədəni irs festivalı, habelə Almaniyanın Azərbaycandakı səfirliyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında tərəfdaşlıq çərçivəsində tarixçilərin və peşəkar gidlərin dəstəyi ilə Bakının tarixi mərkəzində xüsusi turizm marşrutları təşkil edilib.

Bakının mədəni və memarlıq irsinin mühüm hissəsini yenidən “kəşf etmək” məqsədilə təşkil olunmuş bu turlar və açıq qapı günləri çərçivəsində tədbir iştirakçıları XX əsrin əvvəlinə aid memarlıq inciləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, xalq arasında “Sovetski” adlanan rayonun mərkəzi hissəsindəki tarixi binaların əksəriyyəti neft bumu dövründə avropalı memarlar tərəfindən layihələşdirilib. İndiyə qədər turizm marşrutlarına daxil edilməyən bu binaların bir qismi qapalı tipli xüsusi evlərdir. “Fantaziya” festivalının keçirildiyi müddətdə həmin obyektlərin bəziləri (onların sahiblərinin razılığı ilə) xüsusi olaraq hazırlanmış tematik ekskursiyalarda turistlər üçün açıq olub.

Memar Elçin Əliyev “Bakı memarlığında german irsi” proqramı çərçivəsində alman mənşəli memarların Bakıda qoyduğu izləri, jurnalist Vyaçeslav Sapunov “Əsrlər keçdikcə dəyişən Bakı” proqramı çərçivəsində İçərişəhərin və neft bumu dövrünə aid ilk binaların tarixini, gid Ülkər Mahmudova isə “Bakının gizli küçələri” proqramı çərçivəsində Bakının köhnə həyətlərini və memarlıq abidələrini, məsələn, Mirzə Ələkbər Sabir adına kitabxananı tədqiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.