İDMAN


Bakıda ekstremal idman həvəskarları üçün sayca ikinci “Mübarizlər” yarışı keçirilir VİDEO

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində “Gilan Holding”in, FHN-in, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov turnir haqqında məlumat verib. Bildirib ki, yarışda iştirak üçün 680 nəfər qeydiyyatdan keçib. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanacaqlar.

Azərbaycanın qüdrətli idman ölkəsi olduğunu vurğulayan layihə rəhbəri təşkilati dəstəyə görə FHN-ə, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə (MOK) və “Gilan Holding”ə təşəkkürünü bildirib.

Diqqətə çatdırıb ki, ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran “Mübarizlər” layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra iştirakçılar uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayacaqlar.

Ötənilki yarışdan fərqli olaraq bu mövsüm “Mübarizlər” layihəsində hər iki formatda iştirak edənlər üçün pul mükafatı nəzərdə tutulub. Yarışın ümumi mükafat fondu 15 min manatdır. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanacaqlar. Bundan əlavə, fəal iştirakçılar çoxlu sayda qiymətli hədiyyələrlə təltif ediləcəklər.

Hər iki format üçün avtopark, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinələri və soyunub-geyinmə otaqları var.

Hazırda maneəli yarışlar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu yarışlar artıq klassik idman növlərini geridə qoyur. Dünyanın ən məşhur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirləri ilə ünsiyyət yaratmaq üçün gənclərə bu unikal şansdan istifadə etmək təklif olunur.

Sonra yarışa start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.