İQTİSADİYYAT


Bakıda ənənəvi Azərbaycan Mühasiblər Forumu keçiriləcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Bakıda ənənəvi Azərbaycan Mühasiblər Forumu ("AAF-2017") keçiriləcək.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasından (ARPA) AZƏRTAC-a bildiriblər ki, forumun əsas mövzusu "Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS-9/IFRS 9): tətbiqi və çağırışlar"dır. Tədbirdə 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək "MNBS-9"un ölkəmizin bank-maliyyə sektorunda tətbiqi ilə bağlı yarana biləcək çətinliklər və üstünlüklər müzakirə ediləcək.

Forumda dövlət qurumlarından və Böyük Dördlüyə daxil olan audit şirkətlərindən - "Deloitte", "PwC", "EY" və s. təşkilatlardan olan yerli və beynəlxalq ekspertlərin çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, 2009-cu ildən fəaliyyət göstərən ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.