İQTİSADİYYAT
Bakıda ərzaq və kənd təsərrüfatı sahələrinə özəl sektorun cəlbi üzrə beynəlxalq konfrans keçiriləcək
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşlığı çərçivəsində “Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
ASK-dan AZƏRTAC-a verilən məlumata görə, konfransda əlaqədar dövlət orqanlarının, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələri nümayəndələrinin, sosial tərəfdaşların və sahibkarların iştirakı planlaşdırılır.