MƏDƏNİYYƏT


Bakıda finlandiyalı rejissorun “Ümidin o biri üzü” filmi nümayiş olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Nizami Kino Mərkəzində finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl festivalın əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxış edərək Nəsimi festivalı və film barədə məlumat verib. Qeyd edib ki, ekran əsərində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması öz əksini tapıb.

Film kino sahəsində dinlərarası dialoq üzrə beynəlxalq SİGNİS mükafatına layiq görülüb.

Daha sonra film təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.