CƏMİYYƏT


Bakıda fransız rejissorun qadın zorakılığına qarşı mübarizəyə həsr olunmuş filmi nümayiş etdirilib

Bakı, 9 dekabr, AZƏRTAC 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Fransanın Azərbaycandakı səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə fransız rejissoru Frederique Bedosun qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda “Kişi və qadın” filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, filmdə dünyanın ictimai-siyasi həyatında qadınların rolundan bəhs olunur.

Filmin nümayişi dünyada gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində təşkil olunub.

Müəllif bildirib ki, qadın zorakılığına qarşı mübarizə yalnız dövlətin deyil, həm də cəmiyyətin işidir. Bu, cəmiyyətin əsas problemlərindən biridir və hər kəs buna həssas münasibət göstərməlidir.

Ekran əsərində dünyanın müxtəlif ölkələrinin qadın siyasi ictimai xadimlərinin, alimlərinin müsahibələri yer alıb, qadınların müasir dünyadakı fəallığından danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.