İDMAN


Bakıda futbol üzrə kiber çempionat təşkil olunacaq

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-26-da futbol üzrə kiber çempionat təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, çempionata qeydiyyat aprelin 12-dən 22-dək olan müddəti əhatə edib. Qeydiyyatdan əvvəl çempionatda yalnız 128 nəfərin iştirak hüququ qazanacağı bildirilmişdi. Müraciətlərin çoxluğunu nəzərə alan Təşkilat Komitəsi iştirakçıların sayını artırıb. İştirak üçün müraciət etmiş 750 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazanıb. Seçilmiş iştirakçılara e-poçt vasitəsilə təsdiq məktubu göndəriləcək.

Aprelin 24-də kiber çempionatın püşkatması keçiriləcək. Oyun FIFA 19 qaydaları əsasında təşkil olunacaq. Çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə keçirilir.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya min manat pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 manat pul mükafatı veriləcək. Üçüncü yeri tutan iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.