İDMAN


Bakıda futvolley üzrə açıq beynəlxalq turnir başlayıb

Bakı, 14 iyul, AZƏRTAC

Bakıda futvolley üzrə açıq beynəlxalq turnirə start verilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparırlar.

Azərbaycan yığması Hollandiya, Avstriya və Pakistan milliləri ilə birgə "B" qrupunda mübarizə aparır. Portuqaliya, Braziliya, İran və Rusiya kollektivləri "A" qrupunda yer alıblar.

Turnirin ümumi mükafat fondu 6 min manatdır.

İyulun 15-də yekun vurulacaq turnirin qaliblərinə medal, diplom və pul mükafatları təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.