MƏDƏNİYYƏT


Bakıda gənc rəssamların qrup sərgisi açılacaq

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də “Art Tower” rəsm qalereyasında “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri nümayiş ediləcək.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Sərgi bir həftə ziyarətçilər üçün açıq elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.