Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsi açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Bakı, 3 fevral (AZƏRTAC). Fevralın 3-də Bakının 28 May küçəsində Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılmışdır.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Bakının mərkəzində böyük bəstəkar Qara Qarayevin abidəsinin açılışına toplaşmışıq. Böyük bəstəkarın doğum günü ərəfəsində bu abidənin açılışı münasibətilə Qara Qarayevin ailə üzvlərini, Azərbaycanın musiqi ictimaiyyətini, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük şəxsiyyətdir, dahi bəstəkardır. O, Azərbaycanı, Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Onun fəaliyyəti sayəsində Azərbaycanı sovet məkanında və dünyada daha da yaxından tanıdılar. O, Azərbaycan xalqını, Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtdırırdı. Onun yaşayıb-yaratdığı dövrdə Azərbaycan müstəqil deyildi və ancaq Azərbaycan xalqı incəsənət, ədəbiyyat, musiqi sahəsində öz istedadını dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirdi. Əlbəttə, Qara Qarayevin əsərlərini dinləyən tamaşaçılar anlayırdılar ki, ancaq istedadlı xalqın nümayəndəsi belə gözəl əsərləri yarada bilər.

Qara Qarayevin əsərləri ölməzdir. Onlar bu gün də yaşayır, bundan sonra da yaşayacaqdır, əbədi yaşayacaqdır. Bir sözlə, bu böyük şəxsiyyət bizim milli fəxrimizdir. Azərbaycan klassik musiqisinin inkişafında onun danılmaz və müstəsna xidmətləri vardır. Eyni zamanda, bildiyiniz kimi, o, milli musiqiyə də çox bağlı idi. Xalq mahnıları, bizim milli musiqimiz onun fəaliyyətinə, yaradıcılığına böyük təsir göstərmişdir.

Eyni zamanda, Qara Qarayev gözəl müəllim idi. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində işləyirdi. Onun davamçıları öz növbəsində Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmişlər. Bir sözlə, çox istedadlı adam idi, dostluğa da çox sadiq idi. Bildiyimə görə, onun dostluqla bağlı fikirləri çox maraqlı idi. Ulu öndər Heydər Əliyev ilə onların çox yaxın münasibətləri var idi. Qarşılıqlı hörmət, qarşılıqlı rəğbət əsasında qurulmuş bu münasibətlər nümunəvi xarakter daşıyırdı. Mən də gənclik, yeniyetməlik dövrümdə bir neçə dəfə onların bir yerdə təşkil etdiyi məclislərdə iştirak edirdim. O səmimi münasibətləri görürdüm, duyurdum və belə də olmalı idi. Çünki bir daha demək istəyirəm ki, Qara Qarayev Azərbaycan xalqının görkəmli nümayəndəsidir, milli fəxrimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun Qara Qarayev kimi böyük nümayəndəsi olmuşdur və vardır.

Qara Qarayev Sovet İttifaqı çərçivəsində ən yüksək mükafatlarla təltif edilmişdir. Haqlı olaraq təltif edilmişdir, gənc yaşlarında bu mükafatlara layiq görülmüşdür. Ona ən yüksək ordenlər, ən yüksək mükafatlar verilmişdir. Əlbəttə, əgər o, müstəqillik illərində yaşasa idi, müstəqil Azərbaycan dövlətinin ən böyük mükafatları ilə təltif olunardı. Əfsuslar olsun ki, o, həyatdan tez getdi. Daha çox yaşaya bilərdi, daha çox yarada bilərdi. Ancaq onun yaratdığı əsərlər Azərbaycan musiqisinin zirvəsidir. Biz hamımız bir daha onun ölməz xatirəsi qarşısında baş əyirik. Mən çox şadam ki, bu gün bu gözəl yerdə, tarixi yerdə, onun yaşadığı evin yaxınlığında bu gözəl abidə açılır.

Azərbaycan musiqi mədəniyyəti çox zəngindir. Biz haqlı olaraq fəxr edirik ki, gözəl musiqimiz vardır. Xalq musiqimiz, muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir. Bu gün Azərbaycan musiqisini inkişaf etdirən bəstəkarlar, sənət adamları öz töhfəsini verirlər ki, bu ənənələr davam etsin, bu ənənələr kəsilməsin, istedadlı musiqiçilər, bəstəkarlar yetişsin. Bu məqsədlə Azərbaycan dövləti əlindən gələni edir və edəcəkdir.

Azərbaycanın musiqi həyatı zəngindir, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya səviyyəli festivallar, müsabiqələr keçirilir. Eyni zamanda, biz Azərbaycan musiqisini dünyada da təqdim edirik. Müxtəlif konsertlər, müsabiqələr, festivallar keçirilir. Yəni, hesab edirəm ki, bu gün Azərbaycan, o cümlədən bu istiqamətdə də uğurla inkişaf edir. Mədəniyyətlə, tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır. Memarlıq abidələri bərpa edilir. Muzeylər, teatrlar, konsert salonları təmir edilir, tikilir. Bakıda, bölgələrdə mədəniyyət mərkəzləri açılır. Yəni, bu, Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.

Hər bir ölkənin inkişafı üçün onun mədəni həyatı xüsusi əhəmiyyət daşıyır. Biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik. Ancaq müstəqilliyə olan sevgimizi ürəyimizdə yaşatmışdıq. Musiqimiz, ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz bizi bir xalq kimi qorudu və bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən dövlətdir.

Qara Qarayevin xatirəsi müstəqil Azərbaycan dövləti tərəfindən əbədiləşdirilib. Onun adına prospekt, metro stansiyası, incəsənət məktəbi vardır. Bu gün onun gözəl abidəsi Bakının tarixi yerində açılır. Bu münasibətlə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bir daha ümumi fikri ifadə edərək demək istəyirəm ki, Qara Qarayevin əziz xatirəsi və onun ölməz əsərləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Sağ olun.

X X X

 

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad BƏDƏLBƏYLİ çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Bu gün həqiqətən belə qarlı-günəşli gündə keçirilən bu mərasimdə iştirak etmək böyük bir şərəfdir. Yadımdadır, 32 il bundan əvvəl biz Şuşada qarlı bir gündə bir yerdə Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak edirdik. Biz cavan idik. İllər keçdi, amma nə yaxşı ki, bu ənənə davam etdirilir. Siz, möhtərəm Prezident, musiqi xadimlərinə, incəsənətə böyük diqqət yetirirsiniz. Baxın, son illər Bakımızda bir-birindən gözəl heykəllər qoyulub: Bülbülün, Fikrət Əmirovun və Volfqanq Amadey Motsartın heykəlləri, nəhayət, dahi Qara Qarayevin heykəli. Bunlar əlbəttə, Bakının yaraşığıdır. Bakıya kim gəlirsə, dərhal bunu qeyd edir.

Əlbəttə, Qara Qarayev çox xoşbəxt bir insan idi. Ona görə ki, dahi bəstəkar idi, ailədə xoşbəxt idi. Onun gözəl, istedadlı uşaqları vardır, bütün əsərləri səslənirdi. Qara Qarayev Şostakoviç, Stakovski, Stravinski və digər dahi insanlarla ünsiyyətdə olmuşdu. Cənab Prezident, Siz tamamilə düz dediniz, Qara Qarayev yaxınlıqdakı evdə yaşayırdı, yolu buradan keçirdi. Onun abidəsi üçün çox rəmzi bir yer seçiblər.

2018-ci ildə Qara Qarayevin 100 illiyi olacaqdır. Bizim belə arzumuz vardır. Onun məşhur “İldırımlı yollarla” baleti dünyanın böyük teatrlarının birində - ya Londonda, ya Parisdə, ya da Praqada tamaşaya qoyulsun. Çünki deyirlər ki, Afrika mövzusu müasir deyil, əksinə indi Afrika od içindədir. Mövzu çox müasirdir. Musiqi də dahiyanə bir musiqidir.

Bu gün Londonda, Parisdə, Nyu-Yorkda, Moskvada, Vilnüsdə, Lvovda - hər yerdə Qara Qarayevin musiqisi səslənir. Onun əsərlərini London simfonik orkestri ifa edir. Biz doğrudan xoşbəxtik və fəxr edirik ki, biz azərbaycanlıyıq. Ona görə ki, bizim tariximizdə Qara Qarayev, böyük dövlət xadimi Heydər Əliyev, böyük mədəniyyət və elm xadimləri vardır. Biz bununla fəxr edirik.

Sizə cansağlığı arzulayırıq. Çox sağ olun ki, bizə həmişə diqqət yetirirsiniz.

X X X

Qara Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif MƏLİKOV çıxış edərək dedi:

- Əziz və hörmətli Prezident.

Əziz və hörmətli mərasim iştirakçıları.

Mən deyə bilərəm ki, bu gün tarixi bir gün yaşayırıq. Mən Qara Qarayevin millət tərəfindən tanınmasına heç vaxt şübhə etməmişəm. Amma bu heykəl onun daha yaxından tanınmasına, əsərlərinin səslənməsinə öz təsirini göstərəcəkdir. Bilirsiniz, hərdən daş da səs çıxarır. Bu daşa baxan insanlar Qara Qarayevin musiqisini eşidəcəklər. Bayaqdan baxıram, əvvəl elə bildim ki, burada notlar dekor formasında yazılıb. Amma sonra gördüm ki, çox böyük peşəkar səviyyədə yazılmışdır. Vaxt olanda biz musiqiçilər gəlib əvvəldən axıra qədər oxuyacağıq. Musiqini bilməyənlərdən kimsə maraqlanacaqdır. Biz də tərcümə edərik ki, burada nələr yazılıb.

Qara Qarayev dahi bəstəkar olmaqla yanaşı, böyük müəllim idi. Dəqiqliklə deyə bilmərəm, ola bilər, bir qədər səhv edim, Qara Qarayevin 60-dan çox tələbəsi olub. Onlar başqa–başqa məktəblərdə, orkestrlərdə, xaricdə Qara Qarayevin yolunu davam etdirirlər. Mən xoşbəxtəm ki, tar sinfindən Qara Qarayevin sinfinə gəldim. Bu gün əlimdən gələni edirəm, bu, mənim borcumdur. Çünki müəllim sözü o qədər dəyərli, o qədər vacib, həyatda lazım olan sözdür ki, müəllimi olmayan adam böyük uğur qazana bilməz. Bütün insanların gərək gözəl müəllimləri olsun. Fəxrlə deyə bilərəm ki, Rimski Korsakovdan Şostakoviçə, ondan Qara Qarayevə, ondan da bizim nəslə gəlib çatan bu yolu gələcək musiqiçilər də davam etdirəcəklər. Amma bu gün onların əllərində bir fürsət də olacaqdır. Onlar Qara Qarayevin xatirəsinə ehtiram əlaməti olaraq bu abidənin qarşısına gələrək önünə gül qoyacaqlar. İnanıram ki, bu qranit abidənin qarşısında bundan sonra həmişə gül-çiçək olacaqdır. Mən hesab edirəm ki, Azərbaycan xalqı öz böyük sənətkarına bu hörməti edəcəkdir. Bugünkü, bundan əvvəlki, bundan sonrakı günlərə görə Sizə bir daha təşəkkür edirəm. Çox sağ olun.

X X X

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı ANAR çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

Hörmətli tədbir iştirakçıları.

Böyük bəstəkar, alim, pedaqoq, ziyalı, ictimai xadim Qara Qarayev Azərbaycanın yetişdirdiyi ən işıqlı insanlardan biri idi. Azərbaycan ədəbiyyatının klassikləri Nizamiyə və Füzuliyə müraciət edərək “Leyli və Məcnun” simfonik poemasını və “Yeddi gözəl” baletini yaratdı. Dünya xalqlarının musiqisinə müraciət edərək “Alban” rapsodiyasını, “Vyetnam” süitasını, “Don Kixot” simfonik qravürlərini və “İldırımlı yollarla” baletini yaratdı. Çağdaş dünya musiqisinin ən yeni texnologiyalarına müraciət edərək “Üçüncü simfoniya”sını və skripka konsertini yaratdı. Amma nə yaradıbsa, Qara Qarayev ilk növbədə Azərbaycan bəstəkarı idi. Azərbaycana dünya musiqisini gətirirdi və dünyaya Azərbaycan musiqisinin qədimlərdən gələn ən zəngin ənənələrini, ən böyük sərvətlərini çatdırırdı.

Ömrünün son illərində Qara Qarayev Moskvada yaşayırdı, xəstə idi. Amma mənə deyirdilər, həkimlər deyəndə ki, bu yaxında Bakıya gedəcəksən, onun səhhəti daha yaxşı, daha gümrah olurdu. Nə yazıq ki, Azərbaycana tabutda gəldi. Azərbaycan xalqı, Azərbaycan torpağı müvəqqəti getmiş və əbədi qayıtmış oğlunu öz ağuşuna aldı.

Bu gün Qara Qarayev torpağın altındadır, torpağın üstündə onun bu heykəlidir, göylərdə onun ruhudur, fəzada, efirdə onun ölməz musiqisidir.

Cənab Prezident, mən Sizə təşəkkür edirəm. Siz böyük ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirərək həmişə bizim sənət adamlarına, ədəbiyyat xadimlərinə diqqətlə yanaşmısınız. Biz bu gün də bunun bir təzahürünü görürük.

Mən bu heykəlin müəllifi, bizim istedadlı heykəltəraş Fazil Nəcəfovu da təbrik edirəm. Hamımızı bu böyük hadisə münasibətilə təbrik edirəm. Çox sağ olun.

X X X

Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc QARAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əziz həmkarlar,

Əziz dostlar,

Əziz bakılılar!

Həqiqətən, bu gün bizim üçün böyük bayramdır. Biz bu gün müəllimimizin, professorumuzun abidəsini açırıq. O, həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri indiki Bülbül prospektindəki mənzilindən çıxıb konservatoriyaya gedir, səhər saat 11-dən üçə, dördə və beşədək tələbələrlə məşğul olurdu. Zənnimcə, bu yer çox uğurlu seçilmişdir.

Cənab Prezidentin dediyi kimi, Azərbaycanda həm Qara Qarayev prospekti, həm metro stansiyası, həm də “Qara Qarayev” teploxodu vardır, Dövlət kamera orkestri də Qara Qarayevin adını daşıyır. Mərhum bəstəkara bu hörmət və ehtiram ötən əsrin 80-90-cı illərində göstərilmişdir. O vaxt respublikaya, daha sonra müstəqil Azərbaycana Heydər Əlirza oğlu Əliyev rəhbərlik edirdi. Cənab Prezident, həmin ənənənin bu gün davam etməsinə görə biz minnətdarlıq və təşəkkür dolu ən səmimi sözlərimizi ifadə edib, Sizə “çox sağ olun” deyirik. Hazırda çox gözəl incəsənət məktəbinə Qara Qarayevin adı verilmişdir. Bu gün bu gözəl abidənin açılışıdır.

Zənnimcə, abidə həqiqətən maraqlıdır. Biz abidənin eskizlərini müəllif, heykəltəraş Fazil Nəcəfovla müzakirə etmişik. Düşünürəm ki, heykəltəraş abidədə bəstəkarın daxili dünyasını göstərə bilmişdir. Mənə belə gəlir ki, bu, böyük uğurdur.

Fikrimcə, Azərbaycan məşhur oğlu üçün maksimum nə mümkündürsə, onu da etmişdir.

Çox sağ olun, cənab Prezident.

X X X

Sonra Prezident İlham Əliyev abidənin açılışını etdi.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstəsi qoydular.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdilər, onlarla səmimi söhbət etdilər.

X X X

Qara Qarayevin adı görkəmli bəstəkar və pedaqoq kimi Azərbaycanın mədəniyyət və incəsənət tarixinə düşüb. SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı və bir sıra digər nüfuzlu mükafatların laureatı, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Elmlər Akademiyasının akademiki olmuş Qara Qarayev nəinki Azərbaycan mədəniyyətinə, eləcə də dünya musiqi xəzinəsinə əvəzsiz töhfələr verib. Onun geniş şöhrət qazanmış və musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş baletləri, simfonik poemaları, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına yazılmış musiqisi dünya mədəniyyətinin incilərindən hesab edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsi açılmışdırAzərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub