MƏDƏNİYYƏT


Bakıda görkəmli bəstəkar Rauf Hacıyevin mahnıları səslənib

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artistləri Mübariz Tağıyev, Azər Zeynalov, Əməkdar artistlər Anar Şuşalı, Teymur Əmrah və digər tanınmış müğənnilərin ifalarında bir-birindən parlaq mahnılar təqdim edilib.

Musiqili gecədə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan “Sevdiyim qız”, “Saçlarına gül düzüm”, “Təkcə səni sevmişəm”, “Eşqin qüdrəti”, “Sevgilim”, “Azərbaycan”, “Bahar gəlir”, “Ürəyimdə bircə sən”, “Eşqin qüdrəti”, “Leyla”, “Neft daşlarında” və digər mahnıları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.