İDMAN


Bakıda grappling və grappling-gi üzrə dünya çempionatı başlayıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 33 ölkədən, ümumillikdə 550 idmançı iştirak edir.

Mötəbər yarışda Azərbaycan 150 idmançı ilə təmsil olunur.

Atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparırlar.

Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.