İDMAN


Bakıda grappling və grappling-gi üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakıda kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu gün Azərbaycanın beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının təsadüfi olmadığını vurğulayıb.

Dünya Grappling Komitəsinin sədri Rizvan Boçkayev deyib ki, bu il grappling idman növünün inkişafında mühüm işlər görülüb. Sentyabrda Astana şəhərində Asiya ölkələri arasında grappling çempionatının və bu gün Bakıda dünya çempionatının keçirilməsi idmanın bu növünün inkişafında vacib rol oynayır.

Azərbaycan Grappling və MMA Federasiyasının prezidenti Azad Əsgərov yarışda iştirak edən idmançılara uğurlar arzulayaraq bildirib ki, dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyinin bariz nümunəsidir. O, Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayıb.

Açılış mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.