İDMAN


Bakıda güc idman növləri üzrə Avrasiya çempionatına yekun vurulub

Bakı, 27 iyun, AZƏRTAC

Bakı Su İdmanı Sarayının ərazisində keçirilən güc idman növləri üzrə Avrasiya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran, Latviya və Gürcüstandan 170-dək idmançı mübarizə aparıb.

Çempionatın sonuncu günündə idmançılar strikt karl və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə medallar uğrunda güclərini sınayıblar.

Çempionatda ölkəmizi 100-dək idmançı təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.