İDMAN


Bakıda hakimlər üçün taekvondo üzrə beynəlxalq seminara start verilib

Bakı, 11 may, AZƏRTAC

Bu gün Bakıda hakimlər üçün taekvondo üzrə beynəlxalq seminara start verilib.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 14-dək davam edəcək seminara dünyanın müxtəlif ölkələrindən 120-dən çox ədalət təmsilçisi qatılıb.

Azərbaycan Taekvondo Federasiyasının ev sahibliyi ilə Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən keçirilən seminarda ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, DTF-in baş hakimi Ameli Moras, Avropa Taekvondo Birliyinin baş hakimi Şakir Çelbat, təlim direktoru Filipp Bouedo və təlimçi Yoo Jung Seok hakimləri salamlayaraq onlara uğurlar arzulayıblar.

Asiya, Avropa və Afrika ölkələrindən olan hakimlərin qatıldığı seminara yerli hakimlərdən beynəlxalq referi Gündüz Abdullayev, Oh Kvanq Çeol, Elşad Məmmədov, Elşad Qüdrətli, Coşqun Nadirov, Ramal Camalov, Ramal Əsgərov, Aygül Abdullayeva və milli hakim Jalə Əsədova da iştirak edib.

Seminarlar gün ərzində iki dəfə, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.