İQTİSADİYYAT


Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub

Bakı, 18 avqust, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.

İclasda "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda mülki aviasiyanın hazırda bütün dünyada üzləşdiyi çağırışlar, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələlər müzakirə olunub, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən edilib.

Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin "Azərbaycan Hava Yolları" üçün birinci dərəcəli prioritet kimi vacibliyi vurğulanıb.

AZAL-ın bütün strukturları bundan sonra da digər idarələrlə əlaqəli şəkildə bu məsələyə böyük diqqət göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.