Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
Bakıda sıxlıq olan yollar açıqlanıb.
AZƏRTAC Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
6. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika dairəsi” istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Zərifə Əliyeva küçəsində;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
13. “20 Yanvar” dairəsində;
14. Ağa Neymətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində.
Xəbərin mətnində orfoqrafik səhv var