SİYASƏT


Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Bakı, 8 may, AZƏRTAC 

Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, orkestrlər şəhərin müəyyən edilmiş altı ərazidə - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsindəki Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Yasamal parkında (Lider TV yaxınlığında) və Fəvvarələr meydanında çıxış edəcək.

Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq. Həmçinin Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim olunacaq.

Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan şəhərlərində də müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.