SİYASƏT


Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Bakı, 24 iyun, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 26-sı saat 10:00-dan 12:00-dək orkestrlər Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi, Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla teatrı, Azneft dairəsi, Bəhram Gur heykəli, Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı), Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev sarayı, Milli Bank marşrutları üzrə yürüş edəcəklər.

Həmin gün saat 19:00-dan 21:00-dək isə müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları Heydər Əliyev parkı, Heydər Əliyev sarayının qarşısı, AzNeft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi, Bulvar fontanının qarşısı, Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.