SİYASƏT


Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub VİDEO

Bakı, 26 iyun, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunub.

AZƏRTAC xəbər verir ki, çıxışlardan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi orkestrlərin marşrutlar üzrə yürüşləri Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı; Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti və Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank istiqaməti üzrə keçirilib.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.

Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, bu gün saat 19:00-dan 21:00-dək isə orkestrlərin nümunəvi çıxışları müəyyənləşdirilmiş altı yerdə - Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı), “Azneft” dairəsindəki Bayraq meydanı, Muzey Mərkəzi (Bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.