İDMAN


Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib

Bakı, 6 fevral, AZƏRTAC

Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, belaruslu təcrübəli mütəxəssis Nikolay Kruçinskinin iştirakı ilə keçirilən seminarın mövzusunu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminatı əhatə edir.

Nazirliyin təşkil etdiyi seminar rasional qidalanmanın əsas prinsipləri, idmançıların qidalanmasının tədqiqi, qidalanma və idman hazırlığı, idmançıların fiziki inkişafının kompleks şəklində qiymətləndirilməsi, əzələlərin yığılması, fiziologiya və biokimya, idmanda biokimyəvi nəzarət, fiziki stres şəraitində böyrəküstü vəzilərin funksiyasının qida ilə dəstəklənməsi, antidopinq və qida dəstəyi, idmanda mikroelementlər və digər mövzuları əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.