İDMAN


Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir

Bakı, 16 mart, AZƏRTAC

Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin üçüncü günündə - martın 16-da kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə yarışların final mərhələsində güclərini sınayırlar.

Azərbaycan gimnastı Murad Ağarzayev sərbəst hərəkətlərdə, Nikita Simonov halqalarda, Marina Nekrasova isə dayaqla tullanmada medallar uğrunda yarışacaq.

Bu turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.

Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.