İDMAN


Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının ilk qalibi müəyyənləşib

Bakı, 16 mart, AZƏRTAC

Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışlarının ilk qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə kişilərin sərbəst hərəkətlər üzrə yarışında İsrail təmsilçisi Artyom Dolqopyat 15,066 xalla dünya kuboku yarışlarının qalibi olub.

İsveçrəli Pablo Brigger 14,566 xalla ikinci, İspaniya gimnastı Rayderley Zapata isə 14.500 xalla üçüncü yerdə qərarlaşıblar.

Azərbaycan gimnastı Murad Ağarzayev 13,800 xalla altıncı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.