Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda ilk dəfə Dünya Limanlar Konfransı keçirilib

Konfrans çərçivəsində Bakı Limanı dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalayıb

Bakı, 10 may, AZƏRTAC

Mayın 9-10-da Bakıda Dünya Limanlar Konfransı (IAPH Baku 2018) keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) prezidenti Santiaqo Qarsiya Mila Bakının qədim İpək Yolunun mərkəzində yerləşdiyini deyib. Bildirib ki, konfransın da bu şəhərdə keçirilməsi təsadüfi deyil. Həmçinin Bakı konfransı bu regionda Beynəlxalq Limanlar Assosiasiyasının keçirdiyi ilk tədbirdir.

O, konfransın Azərbaycanın nəqliyyat və logistika imkanlarının tanıdılması baxımından əhəmiyyətini qeyd edib.

“DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim deyib ki, Bakı Limanı Dünya Limanlar Konfransına möhtəşəm ev sahibliyi edir. Bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir. Son dövrlərdə Azərbaycanın logistika sahəsində atdığı vacib addımlar, həyata keçirilən beynəlxalq layihələr, Bakı Limanında görülən əhəmiyyətli işlər bu tədbirin məhz Bakıda keçirilməsinin önəmini göstərir: “Bakıda keçirilən Dünya Limanlar Konfransı limanlar arasında əlaqələrin inkişafı baxımından mühüm platformadır. Burada iştirak edən dünya limanlarının rəhbər və nümayəndələri gələcək fəaliyyətləri ilə bağlı diskussiyalar apara və əməkdaşlıq yarada bilərlər”.

Konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, Sidney, Los-Anceles, Hamburq, Panama, Bali və sair kimi böyük liman şəhərlərinin ev sahibliyi etdiyi bu konfransın 2018-ci ildə məhz Bakı şəhərində keçirilməsi ölkəmiz üçün mötəbər hadisədir: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb. Nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkəmizdə də bu sahə prioritetdir və daim Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib. Bu işlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasında mühüm rol oynayır”.

Nazir bildirib ki, Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Mövcud nəqliyyat kompleksinin rəqabət qabiliyyətinin artırılması məqsədilə bu sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir. Ölkə ərazisində yüklərin qəbul edilməsində və daşınmasında yük həcmlərinin artırılması məqsədilə Prezidentin Sərəncamına əsasən Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib: “İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi rolu olan müasir nəqliyyat infrastrukturunun yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi üçün respublikamızda bir sıra işlər görülüb. Bütün bunlar isə Azərbaycana və tərəfdaşlarına böyük iqtisadi dividendlər gətirir, regionun strateji əhəmiyyətini artırır”.

R.Quluzadə qeyd edib ki, yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakının Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır. Həmçinin yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır: “Artıq 2018-ci ilin sonlarından etibarən yükdaşıyıcılar yeni Bakı Limanının müasir informasiya kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini və limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Bakı Limanı Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarla bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq edilir. Bu məqsədlə, yeni Bakı Limanında Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdırılıb”.

O deyib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu zona yeni Bakı Limanının Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi dövlətlər üçün rolunu artırır: “Regional nəqliyyat qovşağı kimi yeni limanın əhəmiyyətini daha da artıracaq digər layihə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni Liman Kompleksi gələcəkdə yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq”.

R.Quluzadə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi barədə də məlumat verib. Bildirib ki, bu nəqliyyat dəhlizlərində işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa, eləcə də yeni liman üzərindən bərə keçidi vasitəsilə Mərkəzi Asiya istiqamətlərində hərəkəti mümkün olacaq. Bu layihələr İpək Yolunun canlanmasını, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımalarının artırılmasına şərait yaradacaq.

Avropa İttifaqının komissarı Yohannes Han Dünya Limanlar Konfransına ünvanladığı videomüraciətdə Bakıdakı konfransda şəxsən iştirak edə bilməməsindən təəssüfləndiyini, lakin bu vacib regional tədbirə videomüraciətini çatdırmasından məmnunluq hissi duyduğunu bildirib. O, dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Yohannes Han deyib ki, Azərbaycan Avropa və Asiyanı birləşdirmək rolunda çox mühüm mövqe tutur. Avropa İttifaqı Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək. Bağlantılar 2020-ci il üçün ən əsas 20 məqsəddən biridir.

“Biz keçən noyabr ayında Şərq Tərəfdaşlığı Sammitində təsdiqlədik ki, bu, iqtisadi inkişaf və insanları bir-birinə daha da yaxınlaşdırmaq, cəmiyyətləri daha güclü etmək və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq baxımından mühüm amildir. Sammitdə Avropa İttifaqı 2020-ci ilə qədər əsas Trans-Avropa Nəqliyyat (TEN-T) şəbəkəsinin genişləndirilməsinə 150 milyon avro məbləğində böyük yardım ayıracağını və bununla da bir milyard avrodan çox yatırım nəzərdə tutan uzunmüddətli investisiya planının həyata keçirilməsinə dəstək olacağını bildirib. Biz, həmçinin texniki yardım planlarını, təhlükəsiz, ekoloji və bazarın idarə edəcəyi nəqliyyat sisteminin yaradılmasına köklənən lazımi hüquqi və institusional islahatları dəstəkləyirik. Biz Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EIB) kimi beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq vasitəsilə mühüm infrastruktur layihələrinə investisiyalar yatırırıq. Yeni xarici investisiya planı çərçivəsində fəaliyyət göstərən zəmanət mexanizmi özəl sektor yatırımlarının yönəldilməsində mühüm rol oynayır”, - deyə o əlavə edib.

Avrokomissar tədbirin gündəliyində gender, multikulturalizm, logistika kimi mövzuların yer almasını alqışlayıb. “2020-ci il üçün 20 məqsəd çərçivəsində vətəndaşlarımıza real nəticələri təqdim etmək həmişə Avropa İttifaqının diqqət mərkəzində olub. Sahibkarlıq və innovasiyaların təşviqi ilə nəqliyyatın əməkdaşlıq sahələrinin gətirdiyi faydalardan yararlanmaqda insan kapitalı və insanların iştirakı vacibdir. 2018-ci il nəticələrin əldə olunması üçün mühüm ildir və mən sizinlə birlikdə bağlantılar sahəsində daha dərin əməkdaşlığa hazıram”, - deyə o bildirib.

Dünya Limanlar Konfransı çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalayıb. Memorandumlar Bakı Limanı ilə Çinin “Lianyunqanq” Liman Holdinqlər Qrupu, “COSCO” Shipping Lines” MMC şirkəti, Quancou Limanı Administrasiyası və Hindistanın Mumbai Limanı ilə imzalanıb.

IAPH Baku 2018 çərçivəsində Bakı Konqres Mərkəzində sərgi də təşkil edilib. Beynəlxalq Limanlar Assosiasiyasının icraçı direktoru Patrik Verxoven, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, konfransın digər iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə konfransın təşkilatçıları olan şirkətlər öz məhsul və xidmətlərini təklif ediblər. Həmçinin burada İpək Yolu və “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, dünyanın nəhəng limanları barədə ətraflı məlumat verilir. Dünya Limanlar Konfransına gələn il ev sahibliyi edəcək Çinin Quancou şəhəri və “Port of Guangzhou” barədə stend də sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgidə “ADY Ekspress”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) stendləri də beynəlxalq təşkilatların nümayəndələri, liman rəhbərləri, nəqliyyat və logistika sahəsində ixtisaslaşmış ekspertlərin diqqət mərkəzində olub.

AXDG xidmətlər barədə maraqlı şəxslər məlumatlandırıb, iştirakçılara xüsusi bukletlər paylanıb. Həmçinin AXDG-nin fəaliyyətini əks etdirən xüsusi video nümayiş olunub. Ziyarətçilərə bu il 160 illiyini qeyd edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi barədə də ətraflı məlumat verilib. Şirkətin nümayəndələri sərgi çərçivəsində potensial müştərilərlə də bir sıra məhsuldar görüşlər keçiriblər.

Dünya Limanlar Konfransı mayın 10-da işini müxtəlif sessiyalar və işçi görüşlərlə davam etdirib. “Rəqabət mərkəzi necə formalaşır? Azad Ticarət Zonaları beynəlxalq ticarətdə və dəyər zəncirində əsas oyunçu kimi çıxış edir” adlı sessiyada Şanxay Universitetinin professoru Teo Teotetom, “Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profitt, İtaliyanın Triyest limanının prezidenti Zeno d`Agostino və başqaları Azad Ticarət Zonalarının və regional habların əhəmiyyətindən danışıblar.

Müzakirələrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının coğrafi mövqeyinin unikal imkanlarından, eləcə də onun ticarət qovşaqlarının və marşrutlarının kəsişməsində yerləşməsindən istifadə edərək regional miqyaslı haba çevrilməsi perspektivlərindən danışılıb.

“Kim LNG-dən qorxur?” və “Rəqəmsallaşdırma və dağıdıcı texnologiyalar - ümumi olaraq” adlı işçi görüşlərdə isə son dövrlərdə qlobal qaz bazarında mayeləşdirilmiş təbii qazın (LNG) payının artmasından, LNG daşımalarında limanların yerinin və tutumunun əhəmiyyətindən söhbət açılıb, rəqəmsallaşdırmanın liman idarəçiliyindəki üstünlükləri müzakirə olunub.

Maraqlı diskussiyalarla yanaşı, “IAPH Baku 2018” konfransının iştirakçıları üçün əyləncəli tədbirləri və maraqlı ekskursiyaları nəzərdə tutan mədəni proqram da təşkil edilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ev sahibliyi etdiyi Dünya Limanlar Konfransına rekord sayda nümayəndə heyəti qatılıb. Belə ki, dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 ölkəsindən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi Dünya Limanlar Konfransında iştirak edib.

Xatırladaq ki, Beynəlxalq Limanlar Assosiasiyasının 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanlar Konfransının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul edib. Mənzil qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los-Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb