MƏDƏNİYYƏT


Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Mayın 21-də “Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, auksion Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin birgə təşkilatçılığı ilə reallaşacaq.

Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi daşıyır.

Məşhur rəssamlar Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri və “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisinin maketi auksiona çıxarılacaq.

Əsərləri almaq və qiymətləri ilə tanış olmaq üçün [email protected]  elektron ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.