MƏDƏNİYYƏT


Bakıda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək

Bakı, 22 dekabr, AZƏRTAC

“Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə 2022-ci il yanvarın 10-da Azərbaycanda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirlib ki, növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.

Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk onlayn auksion olacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası auksionun təşkilinə metodiki dəstək göstərir.

Hərracda iştirak etmək istəyən şəxslər “Auction Baku” MMC-nin sosial şəbəkədəki hesablarını izləyə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.