Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “İnsan alveri ilə mübarizə sahəsində diplomatik nümayəndəliklərin rolu” mövzusunda seminar keçirilib

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə “İnsan alveri ilə mübarizə sahəsində diplomatik nümayəndəliklərin rolu” mövzusunda seminar keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Avropa İttifaqı və BMqT İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən Azərbaycanda İnsan alveri ilə mübarizədə milli potensialın gücləndirilməsi (ENCT) layihəsi çərçivəsində təşkil olunub.

Seminarda diplomatik nümayəndəliklərin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, eləcə də Moldova, Gürcüstan, Türkiyə və Ukraynanın Bakıdakı səfirlikləri, beynəlxalq təşkilatların və Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının təmsilçiləri yerli və beynəlxalq miqyasda insan alveri ilə mübarizədə təcrübə, yanaşma və bacarıqların mübadiləsi imkanı əldə ediblər.

Seminarın açılış mərasimində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən Azərbaycan Hökumətinin səylərini, tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndiriblər.

Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsinin rəisi Faiq Bağırov Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərdən danışıb.

Faiq Bağırov Azərbaycan dövlətinin miqrasiya, konsulluq, xüsusilə də insan alveri ilə mübarizə sahəsində həyata keçirdiyi silsilə və vacib tədbirləri qeyd edib. Bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər görür. Bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Ölkəmizin bu sahədə təcrübəsi bir sıra digər ölkələr üçün nümunədir. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Ölkəmiz “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı uğurla həyata keçirib və hazırda yeni fəaliyyət planı üzərində iş aparılır. Son illər ərzində Azərbaycan insan alveri ilə mübarizə sahəsi üzrə ikitərəfli və çoxtərəfli formatda xarici ölkələrlə, o cümlədən BMT, BMqT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Azərbaycan dövlətinin güclü siyasi iradəsi sayəsində insan alverinə qarşı mübarizədə dünya standartlarına uyğun institusional islahatların aparıldığını, zəruri təşkilati və praktiki tədbirlərin həyata keçirildiyini deyib.

General-mayor Heydər Heydərov çıxışında insan alveri ilə mübarizədə Azərbaycan Hökumətinin, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlərə toxunaraq, insan alveri ilə mübarizə üzrə son statistik məlumatları təqdim edib. Bildirib ki, ötən 5 ildə Azərbaycanda qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs məhkəmə məsuliyyətinə cəlb olunub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin Azərbaycanda fəaliyyət göstərməsinin qarşısı alınıb, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacağa yerləşdirilib və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilib. Daha 124 nəfər işlə təmin edilib, 188 nəfər peşə kurslarına cəlb olunub və onların bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində qeydiyyata götürülüb. Səhiyyə Nazirliyi tərəfindən isə 706 insan alveri qurbanına və potensial qurbana ciddi yardım göstərilib. İnsan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin səmərəliliyi nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində də xüsusi vurğulanır. Belə ki, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Tərəflər Komitəsinin, Avropa Şurasının müvafiq sahədə ekspertlər qrupunun, ATƏT-in xüsusi nümayəndəsinin, BMqT-nin, ABŞ dövlət Departamentinin və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə görülmüş işlər təqdirəlayiq hesab olunub, əldə edilmiş tərəqqi xüsusi vurğulanıb. Bu növ cinayətlərlə mübarizənin aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə davam etdirilməsi məqsədilə 2019-2023-cü illəri əhatə edən sayca dördüncü yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb təqdim edilib.

Seminarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov “Azərbaycanda insan alverinə qarşı mübarizə: Milli Fəaliyyət Planı və milli istiqamətləndirmə mexanizmi” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda müzakirə olunan mövzular arasında insan alverinə dair məlumatların mübadiləsi üzrə müvafiq dövlət orqanları arasında koordinasiyada çətinliklər və ən yaxşı təcrübələr, insan alveri haqqında diplomatik nümayəndəliklərdə məlumatlılığın artırılması, səfirliklər tərəfindən təyinat ölkəsində insan alveri qurbanlarına ilk kömək göstərilməsi və insan alverinə qarşı mübarizə sahəsində konsulluqların yardımı və dəstəyi yer alıb.

Seminarda, həmçinin məlumat mübadiləsi və ciddi ehtiyac içində olan miqrantlara köməyin göstərilməsi, diplomatik missiyaların öz təcrübələri, dövlətlər arasında komanda işinin vacibliyi, insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması, qurbanların qorunması, cinayətkarların təqibi və bu sahədə tərəfdaşlığın təmin olunması üçün görülmüş səmərəli tədbirlər müzakirə olunub.

Qeyd edək ki, ENCT layihəsinin məqsədi insan alverinə qarşı mübarizədə və insan alveri qurbanlarını qorumaq üçün Azərbaycan Hökumətinin imkanlarını gücləndirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir