CƏMİYYƏT


Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı, 15 fevral, AZƏRTAC

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.