İQTİSADİYYAT
Bakıda investor, startapçı və sahibkarların iştirakı ilə “Falcons Summit Baku 2019” konfransı keçiriləcək
Bakı, 18 mart, AZƏRTAC
Aprelin 24-26-da Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Azərbaycan İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə “Falcons Summit Baku 2019” adlı beynəlxalq konfrans Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasının - 6 ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birliyindən investorlar, startapçılar və sahibkarları bir araya gətirəcək.
AZƏRTAC Yüksək Texnologiyalar Parkına istinadla xəbər verir ki, “Falcons Summit Baku 2019” konfransında startapçılar, sahibkarlar, korporasiya rəhbərləri, Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman) kiçik və orta biznes nümayəndələri iştirak edəcək. Konfrans çərçivəsində müxtəlif innovasiya mövzulara aid investorların çıxışları, startap layihələrin təqdimatı olacaq. Bundan əlavə, Azərbaycanın startapları öz layihələrini investorlara təqdim edəcəklər.