CƏMİYYƏT


Bakıda istirahət mərkəzlərinin birində ad günü şənliyi edənlər məsuliyyətə cəlb olunublar

Bakı, 5 iyul, AZƏRTAC

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onların diqqətinə çatdırılıb ki, onların hərəkətləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.