MƏDƏNİYYƏT


Bakıda isveçli rəssamın fərdi sərgisi açılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Bakıda, İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında Azərbaycan Mədəniyyət Nazirliyinin və İsveçin ölkəmizdəki səfirliyinin təşkilatçılığı və “Arts Council Azerbaijan” QHT-nin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə isveçli gənc rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, ekspozisiyanın açılışında çıxış edən İsveçin ölkəmizdəki səfiri Kristian Kamil layihə barəsində danışıb. O bildirib ki, layihə ölkələr arasındakı mədəniyyət körpüsünün salınmasına yönəlib. 22 yaşlı Simon Arns İsveçin şərq sahilində yerləşən Sundsvall şəhərindən ilk dəfədir ki, Bakıya gəlib.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Simon Arns öz üslubunu hərəkətin və kortəbiiliyin köməyi ilə reallığı dinamik şəkildə tutmaqla müəyyən edir. Kortəbii realizm və mücərrəd fiqurlar cürbəcür formatlarda və rəng kompozisiyalarında təqdim olunub, tamaşaçıların diqqətini üz və emosiyalarda cəmləşdirir. Onun yaradıcılığının əsas hədəfi geniş tamaşaçı kütləsinə yaxşı tanış olan heykəltəraşlıq şedevrləridir.

“Eksperiment mənim üçün düşüncəni genişləndirən, yeni nə isə yaradan bir incəsənət ruhudur. Ola bilər ki, məhz bu səbəbdən hələ də insanları və heykəlləri çəkirəm”, - deyə Simon Arns bildirib.

Sərgi dekabrın 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.