İDMAN


Bakıda karate üzrə beynəlxalq turnir başlayıb

Bakı, 13 yanvar, AZƏRTAC

Bakı İdman Sarayında karate üzrə ikinci ənənəvi “Arpaçay Open” beynəlxalq turnirə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə Azərbaycan, İran, Rusiya, İsrail və Özbəkistandan olan idmançılar qalib adı uğrunda mübarizə aparırlar.

Turnirin ilk günündə 6-7, 8-9, 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15, 16-17 yaşlı yeniyetmə və gənc idmançılar tatamiyə çıxacaqlar.

Fərdi kata və kumite yarışlarından əlavə, kumitedə komanda çıxışları da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.