İDMAN


Bakıda keçiriləcək 28-ci dünya yaş qrupları yarışlarında 32 ölkədən 750 gimnast iştirak edəcək

Bakıda keçiriləcək 28-ci dünya yaş qrupları
yarışlarında 32 ölkədən 750 gimnast iştirak edəcək

Bakı, 26 oktyabr, AZƏRTAC

Milli Gimnastika Arenasının bu il ev sahibliyi edəcəyi sonuncu turnir batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları olacaq. Bakıda ilk dəfə keçiriləcək bu növ üzrə dünya çempionatından sonra Milli Gimnastika Arenasında gələcəyin batut ulduzları mükafatçılar sırasında yer almaq uğrunda mübarizə aparacaqlar.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, noyabrın 25-28-də təşkil olunacaq yarışda, ilkin qeydiyyat siyahısına əsasən, 32 ölkədən 750 idmançının iştirak edəcəyi gözlənilir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.