İDMAN


Bakıda keçiriləcək Avropa Liqasının final oyununda qonaqların daşınmasında KIA avtomobillərindən istifadə olunacaq

Bakı, 10 may, AZƏRTAC

“KIA Motors Corporation” (KMC) ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, Avropa Liqasının final oyunlarında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşması ilə bağlı tədbirlərdə istifadə olunması üçün KMC şirkətinin ölkəmizdəki rəsmi distributoru “KIA Azərbaycan” tərəfindən 70 ədəd yeni model KIA avtomobili gətirilib. Modellər arasında “Optima”, “Carnival”, “Sportage”, “Sorento”, “K900” və “Stinger” yer alıb.

Mayın 23-dən 30-dək müddətdə final oyunu ilə bağlı tədbirlərdə istifadə olunacaq avtomobilləri sürücü ilə UEFA tərəfindən müəyyənləşdirilmiş şirkət təmin edəcək. Avtomobillər əsasən, UEFA-nın rəsmi şəxsləri və final qarşılaşmasına gələcək VIP qonaqların hava limanından otellərə, həmçinin oyunla bağlı müxtəlif tədbir məkanlarına daşınması üçün nəzərdə tutulub. Həmin avtomobillər artıq “UEFA Avropa Liqası Finalı Bakı 2019”a uyğun şəkildə brendinq olunub.

Qeyd edək ki, bu, KMC şirkətinin Avropa Liqası turnirində UEFA ilə ilk əməkdaşlığıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.