İDMAN


Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan komandasının heyəti açıqlanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan komandası heyətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan 27 (20 kişi, 7 qadın) cüdoçu ilə təmsil olunacaq. Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov (81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli (100 kq), Uşangi Kokauri, Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar.

Qadınların turnirində isə Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli, Südabə Ağayeva (70 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 28 ölkədən 185 cüdoçu iştirakını təsdiqləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.