İDMAN


Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında Yunanıstan dörd idmançı ilə təmsil olunacaq

Bakı, 5 sentyabr, AZƏRTAC

Yunanıstan millisi Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında dörd idmançı ilə təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Georgis Azoidis (73 kq), Aleksios Ntanatsidis (81 kq) və Teodoros Tselidisə (90 kq) şans verəcək.

Qadınların mübarizəsində isə Elizavet Teltsidou (70 kq) birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.